YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Ermənilərin dinc aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır

“Ermənilər iyun ayının 12-də Ermənistan–Azərbaycan dövlət sərhəddində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı törətməklə sözün əsl mənasında öz terrorçu mahiyyətlərini bir daha ortaya qoyurlar. Bu, Ermənistanın terrorçu dövlət olmasının, erməni xarici siyasətinin terrorizmə, vandalizmə və faşizmə söykənməsinin bariz göstəricisidir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, azərbaycanlıların öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqlarıdır. Bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də, yaşadıqları ölkələrin qanunlarına hörməti, riayət etmələridir və tamamilə hüquqa və özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır. Ermənilərin isə bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır. Ancaq işğalçı Ermənistan dövlət sərhəddində törətdiyi təxribat zamanı Azərbaycan Ordusu və xalqı tərfindən aldığı layiqli cavabı beynəlxalq təşkilatlar və vandalizm hərəkətləri etdikləri ölkələrin hüquqi sistemi tərəfindən də almalıdırlar.

Əks təqdirdə aydın görünür ki,1970-1980-ci illərdə ASALA, Daşnaksutyun və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə 70-dən çox insanı qətlə yetirmələri, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmələri, 24 türk diplomatını qətlə yetirmələri, ötən əsrin 20-30–cu illərində Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı sui-qəsd təşkil etmələri kimi hadisələr yenidən baş verə bilər.

“Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir. Ona görə də, ermənilərin bu vandalizminin qarşısı dərhal alnmalıdır. Unutmaq olmaz ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədr. Eyni zamanda, müxtəlif ölkələrdə yaşayan , fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa, həm də yerli qanunvericiliyə görə həmin ökələrin hüquqi öhdəçiliyinə daxildir. Ona görə də, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı dinc aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir”-deyə, H.Babaoğlu vurğulayıb.