YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının nümayəndələri şəhid baş leytenant Rəşad Mahmudovun ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəal üzvləri Tovuz rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun ailəsini ziyarət edib.

Təşkilatın üzvləri şəhidin anasına başsağlığı verib və Allahdan səbr diləyiblər. YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev baş leytenant Rəşad Mahmudovun döyüş şücaətindən danışaraq, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib.

Şəhid Rəşad Mahmudovun ailə üzvləri  qeyd ediblər ki, əzizlərini itirmək nə qədər çətin olsa da, bir o qədər şərəflidir. Çünki Rəşad Vətən uğrunda, Azərbaycan torpaqlarının azad olunması uğrunda şəhid olub. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

Ziyarətçilər şəhid ailəsinin qayğıları ilə maraqlanaraq, Azərbaycan dövlətinin hər zaman onların yanında olacağını, hər cür dəstək göstərəcəyini diqqətə çatdırıblar.