YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Aslanov: 50 min hektar yeni torpaq sahəsi suvarmaya cəlb olunacaq

“Bu il 40 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub və bu işlərin böyük hissəsi artıq görülüb”.
Bu fikirləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Yeni Tv-nin canlı efirində bildirib. 
Onun sözlərinə görə, 20 kilometr hissədə kanallar çəkilib, 25 kilometr boru, 252 kilometr kollektor-drenaj şəbəkələrində yenidənqurma işləri həyata keçirilib: “İlin sonuna kimi 443 subartezian quyusunun qazılması nəzərdə tutulur ki, hazırda 202-nin qazma işləri tam başa çatıb, 33-də qazma işləri davam edir, 40-də elektrik şəbəkəsi tam qoşularaq istifadəyə verilib. 83-nün isə yaxın günlərdə istismara verilməsi üçün tədbirlər görülür”. 
R.Aslanov qeyd edib ki, ölkədə su ehtiyatlarının artırılması da nəzərdə tutulub: “Görüləcək işlərlə 10 su anbarı 700 milyon ilkin sututma həcminə malik olacaq. Görüləcək işlərdən sonra 100 min hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşacaq. O cümlədən, 50 min hektar yeni torpaq sahəsi suvarmaya cəlb olunacaq. Bütün bu işlər görüləcək işlərin nəticəsində mümkün olacaq”.