YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: «Qarabağ» yatağının istismara verilməsi ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq

        «Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  müəllifi olduğu neft strategiyası ölkəmizin qarşısında  geniş imkanlar  açır. Azərbaycanın malik olduğu  enerji resurslarından səmərəli istifadə etmək məqsədilə  reallaşdırdığı enerji layihələri davamlı iqtisadi  inkişafın təmin olunmasında  əhəmiyyətli rola  malikdir. Belə ki,  neft gəlirlərindən düzgün  istifadə  iqtisadiyyatın şaxələndirilməsinə, mühüm sosial-iqtisadi layihələrin  icrasına  yol açır ki, bu da öz növbəsində  ölkəmizin hər bir  çətinlikdən uğurla, az itki ilə  çıxmasını şərtləndirir. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb.» Bu fikirləri Milli Məclisin deputatı  Məşhur Məmmədov  bildirib.

   Deputat qeyd edib ki,  avqustun 10-da  dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Bakı dərin özüllər zavodunda   «Qarabağ» dayaq blokunun dənizə yol salınması  neft strategiyasının uğurlu  icrasının nəticəsidir.  Ümummilli Lider bildirmişdir ki,  Azərbaycanın böyük neft və qaz  sərvətlərinə malik olması bugünümüz, gələcəyimiz üçün, xalqımızın yaxşı yaşaması, ölkəmizin inkişaf  etməsi üçün ən əsas amildir. Azərbaycanın illər keçdikcə regional əməkdaşlıqdan  beynəlxalq müstəvidə əlaqələrin qurulmasına doğru  atdığı addımlar  etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi, ölkəmizə investisiya axınını sürətlədirdi, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının günbəgün artmasında stimulverici amil oldu.

     M.Məmmədov onu da əlavə edib ki,  çoxtərəfli əməkdaşlığın təcəssümü olan  Cənub Qaz Dəhlizi artıq tam şəkildə  reallaşmaq üzrədir. Bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü  və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaq, Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq.  Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə, yeni-yeni layihələrin gündəmə gətirilməsinə səy göstərməklə əməkdaşlığın coğrafiyasının genişlədirilməsində maraqlı olduğunu bir daha  təsdiqləyir. Bu layihələr  ölkələri, xalqları birləşdirir, onları daha da yaxınlaşdırır.

  «Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana hələ qarşıdakı illərdə daha böyük uğurlar gətirəcək» söyləyən deputat  bildirib ki,  möhtərəm Prezidentimiz İlham Əliyev  «Qarabağ» dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məqamı xüsusi önə çəkib ki, əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, hətta öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Azərbaycan   bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edir, uzun müddət bundan sonra da  bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq.

     M.Məmmədov  «Qarabağ»  yatağının istismara verilməsinin Azərbaycanın  neft gəlirlərinin artmasına böyük töhfə olacağını bildirərək bu məqama   diqqət yönəldib ki, son 17 ildə Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Hər bir layihə uğurlu sonluqla başa çataraq yeni layihənin gündəmə gətirilməsini şərtləndirir. Bu layihələrin icrası nəticəsində isə  dövlət büdcəsinə  milyardlarla dollar vəsait daxil olur ki, onlar da büdcənin sosialyönümlülüyünün artmasını təmin edir.  Bu fikir beynəlxalq səviyyədə edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrin hamısına uğur gətirməyib. Amma Azərbaycanın  öz iqtisadi strategiyasını  dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun hazırlaması bu kimi problemlərin yaşanmaması ilə müşaiyət olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkib.   

           

DİGƏR Xəbərlər Arxiv