YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi Ermənistanın təxribatçı əməlləri ilə bağlı virtual aksiya keçirib

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ermənistanın hərbi təxribatları və Livandan, Suriyadan erməni ailələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürmək yolu ilə etnik tərkibi və demoqrafiq vəziyyəti süni şəkildə dəyişmək planları ilə əlaqədar problemə dünya ictimiyyətinin diqqətini cəlb etmək üçün “twitter”, “facebook”, “instagram” və “telegram” üzərindən askiya keçirib.

Aksiya zamanı Ermənistanın işğalçılıq və təxribatçı əməllərini, eləcə də faşizm siyasətini dövlət ideologiyasına çevirməsindən bəhs edən posterlər “twitter”, “facebook”, “instagram” və “telegram”da aktiv olan dünya siyasətçilərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

Bu barədə məlumat verən YAP Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov deyib ki, aksiya zamanı yüzlərlə gənc dünyada ədalət, demokratiya, qanunun aliliyi axtarışında olan dövlətlərin və beynəlxalq təşkilatların rəhbərliyinə müraciət ünvanlayıb: “Bu sırada ABŞ-ın Ağ Evi, Konqresi, Dövlət Departamenti, Konqres rəhbərliyi, senatorlar, xüsusilə də daim erməni maraqlarından çıxış edən Frank Pallone, Bob Menendez və başqaları var. Eyni zamanda, posterlər Ermənistanın qanunsuz əməllərinə reaksiya verməsi üçün ATƏT-in, AŞPA-nın, Aİ-nin, Avropa Parlamentinin, NATO-nun, həmçinin Avropadakı siyasi partiya birliklərinin, Azərbaycana qarşı daim qərəzli mövqe tutmuş “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” və başqa təşkilatların ünvanlarına göndərilib”.

Ofis rəhbəri diqqətə çatdırıb ki, aksiyanın keçirilməsində məqsəd təkcə qeyd edilən siyasətçi və təşkilatların deyil, eyni zamanda “twitter”, “facebook”, “instagram” və “telegram” istifadəçilərinin böyük əksəriyyətinin də diqqətini Ermənistanın qanunsuz və təxribatçı əməllərinə, faşizmi dövlət ideologiyasına çevirməsinə çəkməkdir.