YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür

Oktyabrın 3-də gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri intensiv artilleriya atəşinə tutulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur.

Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.