YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Görünən odur ki, Fransanın siyasi rəhbərliyi erməni lobbisi ilə siyasi korrupsiyaya qurşanıb

“Görünən odur ki, Fransanın siyasi rəhbərliyi erməni lobbisi ilə siyasi korrupsiyaya qurşanıb”. Bu fikri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, ATƏT-in Minsk qrupunun indiki formatının 1997-ci ildə formalaşması başa çatıb. Hələ o zaman da Azərbaycan ictimaiyyəti Fransanın Minsk qrupunda təmsil olunmasına etimadla yanaşmırdı.

“Amma buna baxmayaraq, bu illər ərzində Azərbaycan və Fransa ikitərəfli münasibətləri daim inkişafda olmuş,  parlament əlaqələri də dərinləşmiş, Fransa-Azərbaycan dostluq qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləmişdir. Xalqlarımız arasında da mədəni münasibətlər inkişaf etmişdir. Amma təəssüf olsun ki, Fransanın dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin başçısı kimi ədalətli və bitərəf olmaq əvəzinə qərəzli davranır, separatçı Ermənistanı açıq şəkildə müdafiə edir. Belə yanaşma yolverilməzdir və Fransanın həmsədr kimi mövqeyinə ciddi kölgə salır”-deyə, birinci vitse-spiker qeyd edib.