YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Gəncəliyev: Fransa həmsədrlikdən dərhal uzaqlaşdırılmalıdır

“Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransanın prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik”. Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev deyib.

O bildirib ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq, və insanlar öz yurdlarına qayıdacaqlar: “Əgər Makronun doğulub böyüdüyü şəhər işğal olunsaydı o nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Fransanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun arxasında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. Həmsədrlik institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç bir yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”.