YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədirlər

Bu gün hamımız səfərbərik. Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad edilsin.

Bu sözləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədirlər. Son hadisələri hərbi və siyasi təxribat kimi qiymətləndiririk. Onlar üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışırlar. Azərbaycan tərəfi bunu çox gözəl bilir, bununla bağlı beynəlxalq təşkilatlara, ölkələrə də məlumat verib.