YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Cəfərov: Bu cür təhdidlər Avropa ölkələrinin də maraqlarına ziddir

“Jakie Spairin müəllifi olduğu qətnamə layihəsi nəinki Azərbaycanın, eyni zamanda Avropanın regional təhlükəsizlik maraqlarına ziddir”. Bu fikri  Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, çünki Dağlıq Qarabağda olan illeqal rejim Mingəçevirdəki su anbarını, eyni zamanda, enerji əhəmiyyətinə malik olan TAP, TANAP layihələrinin keçdiyi rayonları vuracaqlarını iddia edirlər.

“Hesab edirəm ki, bu cür təhdidlər Avropa ölkələrinin də maraqlarına ziddir. Buna görə də digər ölkələrdə bu prosesdə aktiv iştirak etsinlər. Azərbaycan vətəndaşları ilə birlikdə bu qətnamənin qəbul olunmasının qarşısını alsınlar”-deyə, deputat qeyd edib.