YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerika Azərbaycan Şəbəkəsi erməni deputata etiraz məqsədilə məktub kampaniyasına başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzü və mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə cəbhədə işğalçı Ermənistan ordusuna layiqli cavab verməsini həzm edə bilməyən erməni lobbisi bütün vasitələrlə ölkəmizə qarşı addımlar atmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu məqsədlə ABŞ-ın Miçiqan ştatında erməni mənşəli deputat Mari Manukyan tərəfindən hazırlanmış HR 0319 saylı qətnamə ştatın Nümayəndələr Palatasında qeydiyyata alınıb.

Amerika Azərbaycan Şəbəkəsi (USAN) artıq bu qanun layihəsinə etiraz olaraq məktub kampaniyasına başlayıb.

USAN-ın məktubunda qeyd edilir ki, erməni qrupları qanunvericilik orqanlarını oyun meydanları kimi istifadə edərək, ABŞ, Türkiyə və Azərbaycan arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Manukyanın təqdim etdiyi qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə faktlar təhrif olunub, Ermənistanın təcavüzü və Azərbaycan ərazilərinin işğalı faktı qəsdən göstərilməyib. Qətnamədə işğalçı Ermənistanda və Dağlıq Qarabağın separatçı rejimində baş verənlərə ABŞ-ın milli maraqlarının və xarici siyasətinin pozulması kimi don geyindirmək cəhdi olunur.

USAN hər kəsi Miçiqan ştatının qanunverici orqanına etiraz məktubları və tvitlər göndərməyə, bütün seçkili şəxsləri məlumatlandırmağa və deputat Mari Manukyanın hərəkətlərini pisləməyə çağırış edib.