YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: Hər bir vətəndaş COVİD-19-a hamılıqla “yox” deməlidir

“Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq, Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, vətəni üçün, ordusu üçün COVİD-19-a hamılıqla “yox” deməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Rəşad Mahmudov bildirib ki, bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq.

“Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi COVİD-19-la mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü, ruhunu öz əsgərinə, öz ordusuna, öz haqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək! Gəlin Ali Baş Komandan və hökümət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv