YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə şəhidlərimizin qisasını alan Azərbaycan Ordusu düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib

Çirkin, məkrli və qorxaq xislətinə uyğun olaraq döyüş meydanında acizliyini başa düşəndə dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusundan daha bir sarsıdıcı zərbə alıb. Qəhrəman Azərbaycan Ordusu düşmənin xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan şəhidlərimizin qisasını məhz döyüş meydanında alır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası rəşadətli Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.