YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda yeganə nicat yolunu terroristlər və neonasistlərlə ittifaqda görür

"Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi  işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsi reallaşdırılır". Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. 

Onun sözlərinə görə, hibrid müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə nə hərbi nə də diplomatik müstəvidə  ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir: "Çünki Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir. Uzun illərdir ki, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir, terroristləri işğal etdiyi  Azərbaycan torpaqların gətirərək onlara təlim keçir, muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir, Yerevanın mərkəzində faşist cəlladı Qaragen Njdeyə heykəl  qoyur. Faşizmə rəğbəti və faşizmin təbliğini dövlət siyasəti səviyyəsinə qaldırır və dünyada olan faşizm tərəfdarları ilə sıx əməkdaşlıq edir. Elə faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi  də bu ölkənin faşist xislətinin göstəricisidir. Bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə dəvət edib.  Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi  Almaniyanı "islamlaşmaqdan xilas etmək”,  miqrantları sıxışdıraraq ölkədən qovmaq, onlara qarşı diskriminasiya siyasəti yeritməkdən ibarətdir. Elə nasizmə xidmət edən Ermənistan da  eyni siyasəti həyata keçirərək monoetnik dövlət qurub. Hazırda ermənilərlə əməkdaşlıq edən neonasistlər də  Almaniyada irqçi, islamofob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. Ermənilər faşist Qaragin Njde ilə fəxr etdikləri kimi, partiyanın həmsədrlərindən biri ALeksandr Qauland  da  alman əsgərlərinin İkinci Dünya müharibəsində göstərdikləri "qəhrəmanlıq"la   fəxr edirlər. Hazırda terrorçu  Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmirlər.  Halbuki "demokrat dəri"sinə bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl demokrat kimi sırımağa çalışırdılar . Ancaq  Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq onların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı. Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi. Gəncə terrorru ilə bağlı rəy bildirən Avropa İttifaqı mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Gəncə şəhərinə  terrorçu  zərbələrini  “hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır” bəyənatında bildirdi. Aİ-nin  bu bəyanatı işğalçı ölkədə  isterika ilə qarşılandı".

"Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda yeganə nicat yolunu terroristlərlə ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş seperatçı rejimin  nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçulara tərəfdaş olur. Bir tərəfdən  Suriya və Livandan kürd terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirir,  digər tərəfdən isə  Avropada neonasist ideologiya daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorist Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı davasında qalib çıxacaq",-deyə Hikmət Babaoğlu əlavə edib.