YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Haqq yolu bizi qələbələrə aparır

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin “A Haber” televeziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Türkiyə - Azərbaycan qardaşlığının, birliyinin sarsılmaz və əbədi olmasının ifadəsidir. Bu birlik erməni faşizminə, ermənipərəst qüvvələrə qarşı mübarizə apardığımız, torpaqlarımızın azad olunması uğrunda döyüşə atıldığımız bir vaxta özünü daha aydın göstərir. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqı Azərbaycanın yanında olduğunu, xalqımızın haqq səsinə səs verdiyini nümayiş etdirir və igid əsgərlərimizin, şanlı ordumuzun qələbələrini alqışlayırlar. Pakistanın Baş Naziri İmran Xanin döyüşlərin başladığı ilk gündən Azərbaycana dəstək verməsi, xalqımızın haqlı mübarizəsində bizimlə həmrəy olduğunu bildirməsi və öz səsini ucaltması Azərbaycan – Pakistan dostluğunu, qardaşlığını, əməkdaşlığını daha da möhkəmləndirir və sübut edir ki, bu dövlətlər bundan sonra da hər zaman bir – birinin yanında olacaqlar. Ukraynanın, Estoniyanın, Gürcüstanın, İtaliyanın və bir çox dövlətlərin belə çətin bir gündə dövlətimizlə həmrəylik nümayiş etdirmələri, beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün işğalçı erməni silahlı birləşmələrinin torpaqlarımızdan çıxmaları barədə səsləndirdikləri fikirlər bizə dəstək verənlərin, dostlarımızın sayının gündən – günə artmasından xəbər verir”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, nəinki ayrı – ayrı dövlətlər, ölkə başçıları, eləcə də tanınmış ictimai – siyasi xadimlər, politoloqlar, yazıçılar, jurnalistlər, dindarlar, parlament üzvləri Azərbaycanın bu mübaruzədə haqlı olduğunu, döyüşçülərimizin öz torpaqlarının azadlığı uğrunda vuruşduğunu bəyan edir, dinc azərbaycanlı əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunmasını, şəhər və kəndlərimizin raket atəşinə tutulmasını, mülki əhalinin qətlə yetirilməsini, həyat əhəmiyyətli obyektlərin – xəstəxanaların, uşaq bağçalarının, kitabxanaların, məhcidlərin, məktəblərin dağıdılmasını pisləyir və reallıqları şəhr edirlər. Gəncə şəhərinə edilən təcavüzü sülhsevər insanlar haqlı olaraq insanlığa qarşı bir xəyanət, müharibə cinayəti, soyqırımı kimi qiymətləndirir və Ermənistanın hərbi – siyasi hakimiyyətinə qarşı təsirli tədbirlər görülməsini tələb edirlər. Haqlı səsimizin gündən – günə ucalması və dünyanın bir çox dövlətlərini oyatması, səsimizə səs verənlərin artması ölkəmizin başçısı İlham Əliyevin yürütdiyi düşünülmüş siyasətinin, qətiyyətinin, uzaqgörənliyinin və eləcə də şanlı ordumuzun gücünün, qüdrətinin, igid əsgər və zabitlərimizin hünər, sücaətlərinin nəticəsi kimi qiymətləndirilməlidir.

“Qazandığımız qələbələr, şəhər və kəndlərimizin azğın düşməndən təmizlənməsi, düşmənin saysız – hesabsız itkilər verməsi, geri çəkilməsi həm də xalqımızın birliyini , həmrəyliyini, vətəndaşlarımızın cəhbə, torpaqlarımızın azdlığı üçün hər bir çətinliyə dözməyə qadir olduğunu sübut edir. Ermənistan ordusu, təcavüzkar terror qruplaşmaları, muzdlu döyüşçülər ölümə məhkumdur və qələbələrimiz göstərir ki, şanlı ordumuz tezliklə qalib gələcəkdir. Təcavüzkar dövlətin göstərdiyi cəhtlər və cəhbədə dönüş yaratmaq səyi yersizdir, onların özləri, gələcək danışıqlar üçün zərərlidir. Ermənistan döyüşlərdə uduzduğunu, yenildiyini dərk etməli, öz silahlı birləşmələrini torpaqlarımızdan geri çəkməli, daha böyük itkilərə yol verməməli və məğlub olduğunu etiraf edib, Azərbaycanın təkliflərini qəbul etməlidir”-deyə, komitə sədri vurğulayıb.