YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mayaminin əsas yollarında “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı ərazilərdə - “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-ın digər ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. O bildirib ki, bu yerlər təsadüfi seçilməyib. Məqsəd odur ki, daha çox insan lövhələri və “Karabakh is Azerbaijan” şüarını görsün. Assosiasiya rəhbəri ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini deyib.

Tövhə Eminova, həmçinin əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşiblər.

Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə Cavadovaya və Bakıda çalışan dizayner Emin Rzayevə məxsusdur.