YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Türkiyə və Azərbaycan qardaşlığını qələbə sevincini qeyd edən hər iki ölkə vətəndaşlarının gözlərində görmək olar

Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etdi. Noyabrın 8-də Azərbaycan və türk dünyasının mədəniyyət beşiyi, Qarabağın qəlbi Şuşanın işğaldan azad olunmasını qeyd etdik. İki gün keçmədən tarixi qələbə xəbərini aldıq. Azərbaycanımızın və Türkiyəmizin gözü aydın olsun.

Bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Türkiyənin hər zaman, hər şəraitdə Azərbaycanın yanında olduğunu vurğulayan Ş.Ayrım deyib: “Bir millət, iki dövlət!” şüarı burada da özünü göstərdi. Türkiyə və Azərbaycan qardaşlığını qələbə sevincini qeyd edən hər iki ölkə vətəndaşlarının gözlərində görmək olar. Bu tarixi qələbəni bizə yaşadan başda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev olmaqla, qüdrətli Azərbaycan Ordusuna və bütün dünyaya milli birlik nümunəsi nümayiş etdirən Azərbaycan xalqına təşəkkürlərimizi bildiririk. Haqq və ədalət öz yerini tapdı. Bütün türk dünyasının gözü aydın olsun”.