YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Üçtərəfli razılaşma uğurla həyata keçirilir

“Qarabağ münaqişənin həlli istiqamətində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uygun olaraq Qələbənin əldə olunması üçün seçilmiş taktiki gedişlər öz bəhrəsini verməkdədir və artıq bu proses dönməz xarakter alıb.” Bu fikirləri Milli Məclisin deputatı Əli Hüseynli söyləyib.

Əli Hüseynli bildirib ki, 10 noyabr tarixli üçtərəfli razılaşmaya əsasən erməni silahlı birləşmələrinin Ağdam rayonu ərazisindən çıxarılması Vətən müharibəsinin əhəmiyyətli səhifələrindən biridir: “Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığları birgə bəyanatın müddəalarının mərhələli icrası ilə bağlı gedən proseslər, eyni zamanda atəşkəs rejimində humanitar tədbirlərin həyata keçirilməsinin təmin olunması Azərbaycanın hər zaman razılaşdırılmış şərtlərə və öz öhdəliklərinə dəqiqliklə əməl etdiyinə yeni bir nümunədir. Bu, həm də Azərbaycan tərəfinin humanism prinsiplərinə yüksək dəyər verdiyinin göstəricisidir.

Həm hərb meydanında, həm də diplomatiya sahəsində əldə olunmuş nailiyyətlərin vəhdəti döyüşdə qazanılan üstünlüklərin siyasi mexaizmlər vasitəsi ilə möhkəmləndirilməsinə xidmət edir və  son nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququnun beynəlxalq səviyyədə tanınmasını təmin edir.”