YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresinin üzvü 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat verib

ABŞ Konqresinin üzvü Madelin Bordallo 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yanvarın 26-da Konqresdə bəyanatla çıxış edib. O, 20 Yanvar hadisələrini keçmiş sosialist ölkələrindəki demokratik hərəkatın başlanğıcı kimi diqqətə çatdırıb.
M.Bordallo 20 yanvar faciəsi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını bildirib. O, hərəkatın qarşısını almaq məqsədilə çoxminli sovet qoşunlarının Bakıda kütləvi qətliam törətdiyini bəyan edib. Konqres üzvü bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsini daha da gücləndirdiyini və bu proseslərin ölkəmizin azadlığını əldə etməsi ilə nəticələndiyini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv