YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə yaradılan “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının yanvarın 28-də Bakıda təqdimatı olub.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov İşçi Qrupun 20 Yanvar faciəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiyanın aparılması istiqamətində görülən işlərdən danışıb. Tərkibində 17 QHT rəhbərinin olduğu İşçi Qrupun əsas işlərindən biri 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətə çatdırılması, həmçinin Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır.
İşçi Qrupun beynəlxalq sahədə məsul şəxsi Asif Əsgərli isə ayrı-ayrı ölkələrdə bu istiqamətdə görüləcək işlər barədə məlumat verib. O deyib ki, xarici ölkələrdə tədbirlərin keçirilməsi daha məqsədəuyğun olacaq. Bu təbliğat xarakterli işləri görmək üçün petisiya ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara, xarici ölkələrdəki QHT fəallarına göndəriləcək. “Biz çalışırıq ki, bu kampaniyada təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşları, xarici ölkələrdəki QHT-lərin fəalları da iştirak etsinlər”.

 

DİGƏR Xəbərlər Arxiv