YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının fəalları Vətən Müharibəsi şəhidlərinin və qazilərinin ailələrini ziyarət ediblər

Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi daim uca tutulur, qazilərimizə diqqət və qayğı artırılır. YAP Qaradağ rayon təşkilatının təşəbbüsü və BOS SHELF şirkətinin yaxından dəstəyi ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi şəhidlərinin və qazilərinin ailələrini ziyarət olunub.

Görüşdə bildirib ki, qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır. Bu mərhələdə şəhid ailələrinin, eləcə də savaş qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən biridir. Şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı, fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu, hər birimizdən xüsusi diqqət və qayğı tələb edir.

Qeyd olunub ki, Bakının Qaradağ rayonunda da şəhid ailələri, qazilər xüsusilə yaralı əsgər və zabitlərimiz diqqət mərkəzində saxlanılır, onlara baş çəkilir, ailənin qaldırdığı məsələlər öyrənilir, mümkün problemlər yerində həll edilir, onlara hüquqi, maddi və mənəvi köməklik göstərilir.