YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: İslahatlar nəticəsində ölkəmizin hərtərəfli inkişafının bütün parametləri ardıcıl şəkildə inkişaf edib

“Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2020-ci il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə, ən əsası isə Şanlı Qələbəmizlə əlamətdar olmuşdur. Hesab edirəm ki, sürətlə dəyişən yeni çağırışlar şəraitində son 17 il müddətində cənab Prezidentin ardıcıl həyata keçirdiyi islahatların nəticəsində ölkəmizin hərtərəfli inkişafının bütün parametləri və aspektləri ardıcıl şəkildə inkişaf edib”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, 2020-ci ildə ağır geosiyasi və geoiqtisadi mənzərə fonunda, eyni zamanda bütün dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə, xüsusən isə müharibə vəziyyətində olan bir dövlət üçün Azərbaycanın davamlı inkişafının, makroiqtisadi və maliyyə dayanıqlığının, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşayışının təmin edilməsi hökümətin səmərəli fəaliyyətinin başlıca prioritetləri idi. 2020-ci il ölkəmiz üçün gərgin və eyni zamanda çox şərəfli bir il oldu. Dünyada, o cümlədən Azərbaycanda da COVID-19 pandemiyası bütün sahələrə təsir etdi. Bəzi dövlətlər ən vacib sosial xərcləri ödəməkdə çətinlik çəkdiyi halda, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl iqtisadi islahatlar, sosial layihələr həyata keçirilir. Aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Dövlət cəmiyyətin ayrı-ayrı təbəqələrinin rifahının, yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli, gündəlik qayğılarının aradan qaldırılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. 2020-ci ilin büdcəsi də əsas etibarilə sosialyönümlü idi. Daha dəqiq desək, 2020-ci ilin büdcəsi müstəqillik tariximizin ən yüksək sosial və səhiyyə yönümlü büdcəsi idi.