YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Mərkəzi Bank Şuşada nümayəndəlik açacaq və Qarabağla bağlı nominal pul nişanı buraxacaq

Azərbaycan Mərkəzi Bankı erməni işğalından azad edilmiş ərazilərdə bank infrastrukturunun inkişafı ilə bağlı genişləndirilmiş konsepsiya hazırlayır.

Bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Mərkəzi Bank həmin ərazilərdə iki nümayəndəlik açmağı planlaşdırır. Onlardan biri böyük ehtimalla, Şuşada olacaq:

"Bundan başqa, bizim əsas hədəflərimizdən biri Azərbaycanın bütün suveren ərazisində milli valyutanın dövriyyəsini bərpa etməkdir. Vətən müharibəsində Böyük Zəfərin birinci ildönümümnə yaxın müddətdə Qarabağla bağlı nominal pul nişanı buraxmağı planlaşdırırıq".