YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər bölgədə mövcud olan vəziyyəti və 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.