YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Həyata keçirilən layihələr Azərbaycanın nəqliyyat tranzit potensialını daha da gücləndirir

“Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması mühüm hadisədir. Bu Anlaşma Memorandumunun imzalanması, iki dost, qardaş türk dövləti arasında qarşılıqlı əməkdaşlığın və əlaqələrin yüksək səviyyədə inkişafının bariz mümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Rauf Əliyev bildirib ki, bu mühüm tarixi əhəmiyyətə malik sənədin imzalanmasına qədər uzun bir müddət ikitərəfli və çoxtərəfli danışıqlar prosesi gedib. Keçmiş sovet respublikaları müstəqilllik qazandıqdan sonra Xəzər dənizi ətrafında yeni yaranmış müstəqil dövlətlərin qarşısında duran əsas məsələlərdən biri Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı idi. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı 1992-ci ildən başlayaraq uzun müddət danışıqlar prosesinin davam etmişdir. Nəhayət 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanmışdır. Bu Konvevsiyanın qəbul edilməsi Xəzəryanı dövlətlər arasında Xəzərlə bağlı problemlərin qarşılıqlı surətdə iki tərəfli qaydada həll edilməsi üçün imkanları genişləndirdi və əməkdaşlığın inkişafına təkan verdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan neft-qaz strategiyasının inkişafında mühüm addım olan bu anlaşma Azərbaycanın neft və qaz ixracatcısı kimi potensialını genişləndirəcək həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Bundan başqa, bu sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat kommunikasiya sahəsində əməkdaşlığın yeni mərhələyə daxil olması da çox böyük əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, sənədin imzalanması eyni zamanda Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə, xarici investorların bu layihələrə cəlb olunmasına, Azərbaycan nəqliyyat tranzit potensialının gücləndirilməsinə və Xəzər dənizində əməkdaşlıq və qarşılıqlı etimad mühitinin artırılmasını yeni imkanlar açacaq: “Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Anlaşma Memorandumunun imzalanma mərasimində çıxışı zamanı qeyd edib ki, bu anlaşma Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə aşır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq”.