YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: İşğaldan azad olunmuş ərazilərimizdə formalaşacaq inkişaf modeli beynəlxalq standartlara əsaslanacaq

“İşğaldan azad olunmuş ərazilərimizdə formalaşacaq inkişaf modeli beynəlxalq standartlara əsaslanacaq. Bu proses  informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə həyata keçiriləcək”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Prezident İlham Əliyev məhz işğaldan azad olunmuş ərazilərimizdə formalaşacaq inkişaf modelinin daha sonra digər rayonlara transfer ediləcəyilə bağlı fikirlərini ifadə edib. Bu ondan xəbər verir ki, formalaşacaq infrastruktur, bütövlükdə menecment beynəlxalq standartlara və yeni çağırışlara uyğun həyata keçiriləcək.

Millət vəkili qeyd edib ki, bu gün dünyanın bir çox aparıcı şəhərlərində “smart-city”, yəni “ağıllı şəhər” konsepsiyası informasiya və kommunikasiya texnologiyasına inteqrasiya olunur: “Bu da imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu həm aktivlərin idarə edilməsi, həm səmərəliliyin artırılması, həm də hədəflərə nail olunması baxımından əlverişlidir. Nəqliyat sistemi, enerji, su təmiantı, xəstəxana və məktəblər də daxil olmaqla, sosial istiqamətdə monitorinq imkanlarının aparılması anlamına gəlir. Nəticə etibarilə informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması, şəhər üzrə monitorinqlərin keçirilməsi reallaşır. Bu da şəhərin bütövlükdə idarə edilməsində informasiya texnologiyasından daha çox istifadə anlamına gəlir ki, idarəetmədə xərclərin azaldılması, effektivliyin artırılması baxımından olduqca vacibdir. Eləcə də həmin şəhər sakinlərilə hökumət arasında əlaqənin həm daha şəffaf, həm də daha asan həyata keçirilməsi, eyni zamanda vətəndaş-məmur arasındakı əlaqələrin genişləndirilməsinə imkan verir”.