YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qobustan rayon təşkilatında “Şəhid ailələrinə qayğı “ aksiyası davam edir

Yeni Azərbaycan Partiyasının keçirdiyi "Şəhid ailələrinə qayğı" aksiyasi çərçivəsində Qobustan rayonunun Cəyirli kəndindən olan şəhid ailələri ziyarət edilib.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb, ailələrinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib. Eyni zamanda, ailələrə maddi yardım olunub.

Baş leytenant İbadov Murad Yusif oğlu və əsgər Məmmədov Elxan Bədəl oğlunun valideynləri ilə söhbət zamanı bildirildi ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızı azad etmiş, bütün şəhidlərimizin qisasını alaraq şəhid olmuşlar. Belə qəhrəman övladlar yetirdiklərinə görə onlara minnətdarlıq edilmişdir. Bildirilmişdir ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dovlətinin daim diqqətindədirlər. Onlara olan diqqət və qayğı əbədidir. Şəhidlərin valideynləri İbadov Yusif və Məmmədova Zərövşan onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.