YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad  edilməsi  məqsədilə YAP Samux rayon təşkilatında silsilə tədbirlər keçirilir.

 Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

Böyük zəfərimizlə bitən 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin  qeyd etdiyi kimi, qəhrəman əsgər və zabitlərimiz hesabına reallaşdı.

Bir qrup gənc könüllü Vətən uğrunda canlarından keçən şəhidlərimizin- leytenant Məmmədzadə Elvin İlham oğlunun və əsgər Hümbətov Nurəddin İlqar oğlunun ailələrini ziyarət edib, gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanıblar.

Görüşlərdə gənclər bildiriblər ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz kimi, onların ailələri, övladları da bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları – Şəhidlərimiz, Qazilərimiz qürur mənbəyimizdir.