YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin Şəhidlər Xiyabanında şəhid Orucov Coşqun Oruc oğlunun, 29 yanvar tarixində Binə qəsəbəsinin Şəhidlər Xiyabanında şəhid Əsgərov Rüfət Qabil oğlunun məzarları, 30 yanvar tarixində şəhid Babayev Fərhad Məhərrəm oğlunun ailəsi ziyarət edilmişdir. Vətən müharibəsi şəhidlərinin ailələrinə təşkilat tərəfindən Anım Lövhəsi təqdim olunmuşdur. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını, onların adlarının əbədiləşdirilməsi üçün müəyyən addımların atılmasını vurğulamışdır.

Şəhid ailələrinin üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmiş, şəhid övladlarının qanlarının yerdə qalmaması, ordumuzun xalqımıza qələbə sevinci yaşatmasına görə cənab Prezidentimizə təşəkkürlərini çatdırmışlar.