YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: Vaksinasiya koronavirus pandemiyasına qarşı mübarizənin mühüm tərkib hissəsidir

“Ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Hazırda ölkədə vaksinasiyanın  həyata keçirilməsi bu prosesin vacib elementlərindən biridir”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli bildirib ki, yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini alınıb və Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. Qeyd edilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb.

“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Qeyd edilən strategiyanın əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Əlbəttə, düşünürəm ki, vaksinin müsbət təsirlərini yaxın vaxtlarda görəcəyik. Çünki bu faktor dünya təcrübəsində özünü təsdiq edib”,-deyə, M.Məmmədli qeyd edib.