YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Yeni Azərbaycan Partiyası "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı  "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir.

Aksiya çərçivəsində YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və təşkilatın bir qrup fəal üzvləri Vətən müharibəsində şəhid olmuş Şəmkir şəhərindən olan şəhidlərin ailələrini ziyarət ediblər.

Söhbət zamanı Şəhidlərimizin valideynləri bildiriblər ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək  30 ildir işğal altında olan torpaqlarımızı azad etmiş, bütün şəhidlərimizin qisasını alaraq şəhid olmuşlar.
Görüşlərdə şəhid valideyinlərinə elə qəhrəman övladlar yetirdiklərinə görə onlara minnətdarlıq edilmişdir. Bildirilmişdir ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, birinci vitse prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dovlətinin daim diqqətindədirlər.
 Şəhidlərimizin ailələri böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər.
Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.
Təşkilat üzvləri həmçinin ailənin problemləri  ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər.