YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Kamilə Əliyeva şəhid ailələrini ziyarət etmişdir

Milli Məclisin deputatı Kamilə Əliyeva Zaqatala və Balakən rayonlarında Vətən müharibəsində şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinı ziyarət edib.
Şəhid ailələrinin qayğılarını dinləyən deputat bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olmuşdur.
Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışan millət vəkili şəhidlərimiz və onların valideynlərinin qarşısında baş əyirik deyir.
Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Kamilə Əliyeva bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.