YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatı Gənclər və İdman İdarəsi ilə birgə 2 fevral gənclər günü münasibətilə regional onlayn konfrans keçirib

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı Gənclər və İdman İdarəsi ilə birgə 2 fevral gənclər günü münasibətilə regional onlayn konfrans keçirib.

Konfransda Saatlı rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyası Mil-Muğan zonası üzrə kuratoru, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Həsən Daşdəmirov, Yeni Azərbaycan Partiyası Mil-Muğan zonası üzrə Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının gənclər təşkilatlarının sədrləri və fəal gəncləri iştirak ediblər.