YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emin Hacıyev: Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün uğurla davam etdirilir

“Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə davamlı olaraq “Azərbaycan gəncliyi” dövlət proqramları uğurla həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Emin Hacıyev bildirib ki,   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərimizi stimullaşdırır. Eyni zamanda, I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi gənclər arasında könüllülük hərəkatını da genişləndirdi. Bununla yanaşı, son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri bölgə gənclərinin də diqqətdən kənar qalmaması, onların sosial fəaliyyətlərə cəlb edilməsi, asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətli dövlət dəstəyidir.

“Bu məqamda hazırda davam edən “Yüksəliş” müsabiqəsini də qeyd etmək istərdim. Müsabiqə cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Hazırda müsabiqədə iştirakını davam etdirənlərin əksəriyyəti gənclərdir. Təbii ki, ümumilikdə gəncləri əhatə edən, adı çəkilən bütün dövlət layihələri gənclərin təhsili, məşğulluğu və sahibkarlığın inkişafına, onların rifahının yaxşılaşdırılmasına xidmət edir”,-deyə E.Hacıyev vurğulayıb.