YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanda qadın və uşaqların müdafiəsi daim diqqət mərkəzindədir

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasından 15 il ötür. Komitə hər zaman qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb. Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılması, qadın və uşaqların müdafiəsi daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası beynəlxalq konvensiyalardan irəli gələn və üzərinə düşən öhdəliklərlə yanaşı, malik olduğu milli dəyərlər üzərində qurulan siyasəti ardıcıl olaraq həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz növbəsində vətəndaşların, xüsusilə, həssas təbəqəyə aid olan qrupların problemlərinin həllinə, cəmiyyətimizdə ailə dəyərlərinin inkişafına, onun təbliğinə, bu dəyərlərin gənc nəslə aşılanmasına, onların sağlam, vətənpərvər, təfəkkürlü, intellektual gəncliyin inkişafına töhfəsini verir və verməkdədir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qarşımızda mühüm vəzifələr qoyub. Pandemiya və Vətən müharibəsi dövründə Komitəmiz meydana çıxan çətinliklərin aradan qaldırılması işində önəmli addımlar atıb. Komitə olaraq 44 günlük Vətən müharibəsi dövründə zərərçəkmiş ailələrin ehtiyaclarının müəyyən edilməsi məqsədilə psixososial qiymətləndirmə aparmışıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səlahiyyətləri çərçivəsində üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışır. Hazırda ölkəmizdə işğaldan azad olunan ərazilərin bərpası işlərinə start verilib. Bu proses hər birimizin üzərinə düşən məsuliyyəti daha da artırır.

Ölkəmizdə qadın və uşaqların problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs edən Bahar Muradova qeyd edib ki, Azərbaycan dövləti cəmiyyətimizdə kişilər və qadınlar üçün bərabər imkanların yaradılması məsələsini hər zaman diqqət mərkəzində saxlayıb. Qadınların öz şəxsi hədəflərinə çatması və iqtisadi imkanlardan yararlanması işinə töhfə verən Qadın Resurs Mərkəzlərinin əhəmiyyətindən bəhs edən komitə sədri regionlarda bu mərkəzlərin sayının artırılmasının nəzərdə tutulduğunu söyləyərək deyib: “Qarşıda görüləcək işlər çoxdur. Ən əsas işimiz təbii ki, qadınların ailələrdə həm maddi və həm də mənəvi cəhətdən güclü olmasını təmin etməkdir”.