YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Bayramov: Mədəniyyət paytaxtımız Şuşa tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

“Torpaqlarımızın işğal altında olduğu illər ərzində ermənilər Qarabağda, o cümlədən Şuşada Azərbaycan mədəniyyətinin izlərini silmək üçün ağlagəlməz vəhşiliklər törədiblər. Onlar Qarabağın və bütün Azərbaycanın qüdrət rəmzi, eyni zamanda mədəniyyətimizin mərkəzi, musiqimizin beşiyi olan Şuşanı qondarma “dqr”-in paytaxtına çevirmək istəyirdilər. Amma Vətən müharibəsindəki tarixi zəfərimiz onların bütün xülyalarını puç etdi”. Bu fikirləri YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib.

Məzahir Bayramov bildirib ki, hazırda Azərbaycan mədəniyyətinin yolu Şuşaya doğru istiqamət götürüb. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Onu dünyanın ən gözəl şəhərlərindən birinə,dünya üçün nümunəyə çevirmək niyyəti var.  Cənab Prezidentin “ Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir” deməsi xüsusi yanaşmadan xəbər verir. Şuşanın işğaldan azad olunması dünya hərb aləminin diqqət və marağını çəkən bir hadisə olduğu kimi, Şuşanın yenidən qurulmasından sonrakı mənzərəsinin də böyük heyranlıq doğuracağına qəti əminik. Bu arada məlum oldu ki,bəzi məmurların məsələyə baxışları qarşıya qoyulan hədəflərlə heç də uzlaşmır. Ölkə başçısı Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışında Azərbaycan Televiziyasına verdiyi müsahibədə bununla bağlı ətraflı məlumat verməklə yanaşı,hər kəs üçün dərs olacaq kəskin və sərt mövqe də bildirdi.”Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm,məmurlar paytaxtı elan etməmişəm” deyən Prezident məmurların Şuşada əsassız “bərqərar” olmaq istəklərinin mədəniyyət paytaxtı ideyası ilə heç bir əlaqəsinin olmadığını vurğuladı.

Təşkilat sədrinin sözlərinə görə, mədəniyyət ikinci süni təbiətdir, insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan bütün pozitivlərdir. Bununla yanaşı o, tarixi yaradıcı prosesdir, xaos və cahillikdən- biliyə, nizama, inkişafa və rifaha doğru yoldur. Mədəniyyət sözü həmçinin ərəbcə “Mədinə” sözündəndir və mənası “ şəhərsalma” anlamına gəlir. Cənab Prezident müsahibəsində Şuşada şəhərsalma, tikinti və arxitektura məsələlərinin ancaq mütəxəssislərin işi olduğunu dönə-dönə vurğulayıb. Bununla yanaşı cənab Prezident “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının işlənməsi məsələsini də qarşıya qoyub. Bu da təbii ki, yüksək peşəkarlığı və hazırlığı olan, ən son elmi-texniki nailiyyətləri, texnologiyaları mənimsəmiş mütəxəssislərin işidir.

M.Bayramov qeyd edib ki, dövlət başçısının çıxışı, ictimaiyyəti məlumatlandırması, hər zaman vurğuladığı kimi heç nəyi xalqdan gizlətməməsi öz xalqına inamından və xalqın ona olan etimadından qaynaqlanır: “Eyni zamanda, cənab Prezident hər zaman  zəruriliyini qeyd etdiyi ictimai nəzarətin gücləndirilməsi üçün insanlara çağırış edib. Şuşanın mədəniyyət paytaxtımız elan edilməsi, Şuşa daxil olmaqla Qarabağda aparılan bərpa işləri bütövlükdə xalqımızda fərəh və qürur doğurur. Lakin hər zaman olduğu kimi “5-ci kolon” bu məsələdə də ermənilərdən artıq məyusluq keçirir. Onlar Şuşanın tarixini və mədəniyyətini təhrif etmək, onları dəyərdən salmaq üçün ermənilərlə səs-səsə veriblər. Şuşanın mədəniyyət paytaxtımız elan edilməsinə qarşı çıxanlar, görünür ki, onun qondarma “dqr”-in paytaxtı ola bilməməsi faciəsini yaşayanlardır.Bizim qalibiyyət yolumuz isə davam edir. Mədəniyyət paytaxtımız Şuşanın dünyanın ən gözəl şəhərləri sırasında layiqli yer tutacağı gün uzaqda deyil”.