YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın sabiq Prezidenti və Polşanın sabiq Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olublar

Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç və Polşanın sabiq Baş naziri Marek Belka Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olublar.

Bu barədə  Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Kolinda Qrabar-Kitaroviç 2015-2020-ci illərdə Xorvatiyaya rəhbərlik etmiş ilk qadın prezidentdir və hazırda Beynəlxalq Olimpiya Komitəsində Xorvatiyanı təmsil edir.

Marek Belka isə 2004-2005-ci illərdə Polşanın Baş naziri, 2001-2002-ci illərdə Polşa Baş nazirinin müavini və maliyyə naziri çalışıb. 2010-2016-cı illərdə Şərqi Avropanın ən önəmli Mərkəzi Bankı sayılan Polşa Milli Bankının prezidenti, 2019-cu ildən isə parlamentin üzvü seçilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vurğulayıb ki, bununla Mərkəz Şərqi Avropada mövcud olan və fəaliyyət göstərən ən önəmli platformalardan biri kimi çıxış edir. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəlif vaxtlarda Bolqarıstan, Ukrayna, Latviya, Yunanıstan, Monteneqro, Rumıniyada bir sıra önəmli tədbirlər təşkil edib.