YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YAŞAT” Fondu tibb istiqaməti üzrə işləri davam etdirir

“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, qazimiz Qurban Ələkbərli “YAŞAT” Fondu tərəfindən müasir eşitmə aparatı ilə təmin edilib.

Şəhidimiz Kamran Qasımovun anası Naila Qasımovanın, şəhidimiz Teymur Həsənovun atası Mahal Həsənovun əməliyyat xərcləri, şəhidimiz Valeh Bədəlovun atası Vahid Bədəlovun isə müalicə xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib.