YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Vətən müharibəsinin iştirakçısı, qazi Amil Məmmədov ziyarət olunub

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu Vətən müharibəsinin iştirakçısı, qazi Amil Habil oğlu Məmmədovu ziyarət ediblər.

Görüş zamanı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun 44 gün müddətində əzəli və əbədi torpaqlarımızı düşmən işğalından azad etməsi, həmçinin “Dəmir yumruq” hərbi əməliyyatı ilə xalqımızın qəlbindəki 30 illik nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Hikmət Babaoğlu qeyd edib ki, Vətən müharibəsində əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümunəsi göstəriblər.

Millət vəkili bildirib ki, müharibə dövründə dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın igid övladlarının ön cəbhədə, bütün Azərbaycan xalqının isə arxa cəbhədə səfərbər olması qürurvericidir. Qeyd olunub ki, Ermənistanın müharibə zamanı aldığı zərbələrin yaraları hələ uzun illər sağalmayacaq. Müharibə gənclərimizin yüksək vətənpərvərlik ruhunu aydın şəkildə nümayiş etdirdi.

Hikmət Babaoğlu qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də xalqımızın qəhrəman oğullarımızla qürur duyduğunu bildirib, onların torpaqlarımızı erməni işğalından azad etməklə tarix yazdıqlarını söyləyib. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.

Vətən müharibəsinin iştirakçısı, qazi Amil Məmmədov keçdiyi döyüş yolu barədə danışıb. O, Vətən müharibəsinin başlandığı ilk gündən döyüşlərdə olduğunu bildirib. Birinci dəfə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. O, 10 gün hərbi hospitalda müalicə olunduqdan sonra yenə ön cəbhəyə qayıdaraq döyüşlərə qatılıb.  

Amil ötən il noyabrın 3-dək gedən döyüşlərdə iştirak edərək bir çox ərazilərimizin düşməndən azad olunması uğrunda rəşadətlə vuruşub. Həmin gün isə Şuşa uğrunda gedən döyüşlərdə ikinci dəfə yaralanıb. Amil Məmmədov döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti tərəfindən medallarla təltif olunub.

Görüş zamanı qazi və onun ailəsinin qayğıları dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı diqqətə çatdırılıb. Həmçinin, ailəyə maddi yardım göstərilib.

Qazinin anası göstərilən diqqətə görə öz razılığını bildirib.

 

DİGƏR Xəbərlər Arxiv