YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsinin Şəhidləri Qurbanov Murad, Qənbərov Bilal və Nağıyev Əlinin ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Səbail rayonunun Şəhidləri Qurbanov Murad Asif oğlu, Qənbərov Bilal Xanlar oğlu və Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini ziyarət etdilər.

Qəhrəman Şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür etdilər, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildirdilər.

YAP Səbail rayon təşkilatının nümayəndləri Şəhid ailələrinin üzvləri ilə səmimi söhbət etdilər, onların gündəlik qayğıları ilə maraqlandılar və Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildirdilər.