YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP fəalları Gəncə Uşaq Evi sakinlərinin qonağı olublar

Mütəmadi olaraq Gəncə Uşaq Evinin sakinlərini ziyarət edən YAP Gəncə şəhər təşkilatının gənc fəalları bu dəfə də ənələrinə sadiq qalaraq, balaca fidanların qonağı olublar.

Görüşün məqsədi ilə bağlı açıqlama verən YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyin sədri Kamaran Abbasov bildirib ki, uşaqların vətənpərvər ruhda böyüməsində, dəyərlərimizə sahib çıxan gənclik kimi formalaşmasında xeyirxahlıq, yardımlaşma kimi dəyərlərimizin təbliğinin böyük əhəmiyyəti var.

Görüşün daha da maraqlı olması üçün gənclər uşaqlar üçün müxtəlif intellektual və əyləncəli oyunlar, yarişlar keçirib, qalibləri mükafatlandırıblar.

Həm balacalara qayğı göstərmək, sevinc, bəxş etmək arzusunda olan gənclər, həm də uşaqlar fərqli bir gün yaşayıblar.