YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə video-görüş keçirib

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ərazi ilk partiya təşkilat sədrləri ilə video-görüş keçirib. YAP Xəzər rayon təşkilatı tərəfindən görülən işlər barədə danışan N.Əhmədov qarşıda duran vəzifələrdən də söhbət açıb.

Həyata keçirilən islahatlardan, şanlı qələbəmizdən və ölkəmizin koronovirusa qarşı mübarizəsindən danışan təşkilat sədri bildirib ki, Prezident İlham Əliyevin fərmanlarına əsasən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş Dövlət proqramlarının icrasının vaxtında və tam həcmdə yerinə yetirilməsi ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına böyük təkan verib. “Bundan başqa, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədi ilə əməkhaqqı və təqaüd sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və ölkənin gələcək dövrdə sosial-iqtisadi inkişafı üçün digər strateji əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi xüsusilə vurğulanmalıdır”,- deyə N.Əhmədov qeyd edib.

Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm YAP-ın, həm də dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən N. Əhmədov islahatlar sayəsində dövlətimizin günü-gündən inkişaf etdiyini, insanların rifah halının yaxşılaşdığını diqqətə çatdırıb.