YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsində şəhid olmuş qardaşlar Məmmədov Cavid İlham oğlu və Məmmədov Çingiz İlham oğlunun ailəsi ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Şəmkir rayonunun Şəhidləri iki qardaş Məmmədov Cavid İlham oğlu və Məmmədov Çingiz İlham oğlunun ailəsini ziyarət edilər.

Qəhrəman Şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür ediblər, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildirdilər.

YAP Şəmkir rayon təşkilatının nümayəndləri iki qardaş Şəhidlərin ailə üzvləri ilə səmimi söhbət edilər, onların gündəlik qayğıları ilə maraqlanıblar və Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildirdilər.