YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mühüm beynəlxalq platformadır

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etmək mühüm yer tutur. Bu istiqamətdə ölkəmiz ötən illər ərzində böyük nailiyyətlər əldə edib. Beynəlxalq platformalar vasitəsilə Azərbaycan  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər zaman diqqət mərkəzində olub və bu amil öz müsbət nəticələrini verib”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də bu baxımdan vacib beynəlxalq platformadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzində dövlət və hökumət başçıları olmuş şəxslər, dünyanın nüfuzlu ictimai-siyasi xadimləri  təmsil olunur ki, bu da çox önəmlidir. Mərkəzin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdır. Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsiz zamanı  təşkilatın İdarə Heyəti Azərbaycanın apardığı haqq savaşına öz açıq dəstəyini ifadə etdi, Qarabağ məsələsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini ortaya qoydu. Bu məqamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən vurğuladı.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı artıq münaqişənin başa çatdığını söyləyib və qeyd edib ki,  biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Təbii ki, bu amil də həmin ərazilərdəki reallığın, erməni vandalizminin  dünya ictimaiyyətinə çatdırılmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin töhfəsi olacaq.

Deputat qeyd edib ki, Mərkəzin həmsədri İsmail Serageldin   tərəfindən Azərbaycanın dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi abidələri qorumasının nümunəvi addım olmasına dair fikirləri də böyük əhəmiyyət kəsb edir: “Bu, inkarolunmaz həqiqətdir. Çünki Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bərabər hüquqlar çərçivəsində yaşayır. Bütün etnik qrupların, dinlərin  nümayəndələrinə böyük hörmət göstərilir, müxtəlif dinlərin abidələri dövlət səviyyəsində qorunur. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Bütün bunlar dövlətimizin siyasətində mühüm yer tutur”.

 

DİGƏR Xəbərlər Arxiv