YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib

YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin onlayn formatda  iclası keçirilib.

İclası rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclasında Xocalı faciəsinin 29-cu ildönümü haqqında, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının ərazi ilk partiya təşkilatının 2021-ci ilin I yarımilliyi üçün nümunəvi perspektiv fəaliyyət planının təsdiq olunması barədə, gənclərin partiya sıralarına üzv olunması barədə məsələlər müzakirə olunub. Həmçinin cari məsələlərə də toxunulub.

Gündəlikdəki məsələlər İdarə Heyətinin üzvləri tərəfindən geniş müzakirə olunub, rəy və təkliflər səsləndirilib, qərarlar qəbul olunub. İclasda qarşıda duran vəzifələr və YAP Ağdaş rayon təşkilatı Şurasının mart ayında keçiriləcək iclasının gündəliyinə hansı məsələlərin daxil edilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv