YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad edilmiş Düdükçü kəndinin videogörüntülərini paylaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.

Keçmiş adı Kolatağ olan Düdükçü kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuraraq Şanlı Zəfər qazanan Müzəffər Azərbaycan Ordusu oktyabrın 15-də kəndi işğaldan azad edib.