YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: VII Qurultay partiyamızın inkişafında yeni mərhələnin göstəricisidir

“Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və çətin günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranıb. Həmin dövrdə Azərbaycan nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Partiyamızın Sədri, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiyanın keçdiyi yolu geniş təhlil etdi və yaranma səbəblərindən danışdı”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, o dövrdə  ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Ulu Öndər Heydər Əliyev xalqın arzu və istəklərini reallaşdırdı və YAP yarandı. Məhz bu səbəbdən də YAP xalqın partiyasıdır. YAP Azərbaycanın həmin çətin dövründə öz üzərində böyük tarixi missiya götürdü.

Millət vəkilinin fikrincə,  Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitdən meydana gələn zərurət kimi qiymətləndirmək daha doğru olardı. Partiyanın əsas məqsədi hakimiyyətə gəlmək deyil, dövlətçiliyi  məhv olma prosesindən qorumaq idi. YAP bütün vədlərinə sadiq qaldı. Partiya hakimiyyətə çox çətin və mürəkkəb şəraitdə gəlmişdi, parçalanmış Azərbaycanı bütövləşdirmək əsas məqsəd idi və buna nail oldu.

Deputat söyləyib ki, dövlət başçısının qurultayda söylədiyi kimi, YAP VII Qurultayının keçirilməsi zərurəti yaranmış yeni reallıqlarla bağlıdır. Artıq ölkəmiz beynəlxaq müstəvidə güclü dövlət kimi qəbul olunur. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi regionda yeni vəziyyət yaradıb.

“Partiyamızın VI qurultaydan 3 il müddət keçirdi. Bu zaman aralığında Azərbaycan saysız- hesabsız uğurlara, ilklərə imza atdı. Dövlətin bütün strukturlarında genişmiqyaslı islahatlar aparıldı.  Siyasi islahatlar müstəvisində Yeni Azərbaycan Partiyasında da tərkibində yenilənməyə, islahata ehtiyac yaranmışdı. VII Qurultay bu baxımdan da önəmlidir. VII qurultayda partiyanın yeni nizamnamsi qəbul olundu, rəhbər strukturlarda yeniliklər edildi. Bütün bunlar partiyamızın inkişafında yeni mərhələnin göstəricisidir”,-deyə deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv