YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının fəalları şəhid Sübhan Məmmədlinin ailəsi ilə görüşüblər

Yeni Azərbaycan Partiyası Sabunçu Rayon təşkilatının fəalları Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məmmədli Sübhan Səbuhi oğlunun ailəsini ziyarət ediblər.

Şəhid ailəsinin problem və qayğıları ilə maraqlanaraq, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib, sosial məişət problemlərinin aradan qaldırılmasına köməklik göstərilib və maddi yardım olunub.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edən S.Məmmədli qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzuli rayonunun azadlığı uğrunda” medalları ilə təltif edilmişdir.