YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələri və qazilərlə görüşüb

YAP Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhid olan hərbiçilərimizin ailələrini və qaziləri evlərində mütəmadi olaraq ziyarət edirlər.

Ziyarətlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və fəal gənclər iştirak ediblər. Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi, möhtəşəm Qarabağ Zəfəri münasibətilə qazilərimizi və onların ailə üzvlərini ürəkdən təbrik edən partiyanın rayon təşkilatının sədri və fəalları Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi günlərində Azərbaycan xalqının milli birliyi, həmrəyliyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi sıx birləşməsi haqqında fəxarətlə bəhs ediblər.

Azərbaycan Ordusunun şanlı Zəfəri, keçdikləri çətin, eyni zamanda şərəfli döyüş yolu, Azərbaycan əsgərinin qələbə ruhu və mərdliyi, şücaəti, əsl qəhrəmanlıq dastanı yazaraq Vətən torpaqlarını işğaldan azad edən igidlər haqqında geniş danışan Vətən müharibəsi qaziləri bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayıblar.

YAP Şəmkir rayon təşkilatının fəalları şəhid ailələrinin və qazilərimizin səhhəti və gündəlik qayğıları ilə maraqlanıblar, ailələrin qeyd etdikləri məsələlərlə bağlı müvafiq qurumlara müraciətlər ediləcəyi bildiriblər. Ailələrə rayon təşkilatı tərəfindən aparılan ərzaq sovqatları təqdim olunub.

Şəhid ailələri və qazilərimiz dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.

 

DİGƏR Xəbərlər Arxiv