YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Soltanov Nadir Nazir oğlu, Şıxaliyev Fariz Şahverdi oğlu və Beydiyev Nazim Eynulla oğlunun ailələrini ziyarət ediblər.

Görüşlər zamanı bildirilib ki ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Şamaxı rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.